-Поиск по дневнику

Поиск сообщений в zauri3ra

 -Подписка по e-mail

 

 -Статистика

Статистика LiveInternet.ru: показано количество хитов и посетителей
Создан: 14.08.2023
Записей:
Комментариев:
Написано: 31

3x3x3x3=81






Creaxent

Пятница, 09 Мая 2025 г. 03:07 + в цитатник

7428622_yellowc (694x700, 22Kb)

7428622_blackc_1_ (700x699, 22Kb)

 


Метки:  

Idarəetmənin əlifbası. Ümumi hissə

Пятница, 09 Мая 2025 г. 03:03 + в цитатник

Azərbaycan futbolunun dünyada №1 olması üçün ən qisa və investisiyasız yol

Idarəetmənin əlifbası. Ümumi hissə

Hər hansı işin uğuru düzgün idarəetmədən asılıdır. Nə dərəcədə super ideya olur-olsun, pis idarəetmə onu məhv edəcək. İdarəetmənin əsasları deyir ki, ilk növbədə məqsəd qoyulur, sonra məqsədə uyğun addımlar ölçülüb hesablanır və resurslar təşkil olunub addım-addım həyata keçirilir. Vəziyyət dəyişdikcə, planlar və hərəkətlər ona uyğun sıxlaşdırılır.

Ritorik sualı verməklə məqsədi aydınlaşdıraq: Azərbaycanda gələcəkdə özünü Avropa, ya dünya çempionu kimi görən futbolçu, məşqçi, ya klub prezidenti varmı? Qəti şəkildə deyə bilərik ki, yoxdur. Bəhanələri qoyaq qırağa, lap ən qorxulu yuxuda da bu mümkün deyil. Səbəb isə futbol ulduzlarının bütləşdirilməsi ilə bağlı daxili inamsızlıqdır. Artıq problem xəstəliyə çevrilib, nə AFFA, nə də ən təcrübəli xarici mütəxəssislər bunu aradan götürə bilər. Eyni şəkildə belə bir yanlış təsəvvür var ki, guya məşqçi futbolçunu çempion eləməlidir. Onun işi birinci addımı atmağı öyrətməkdir və irəli gedənə dəstək verməkdir. Əgər insanın canında, qanında, ürəyində yoxdursa, onda nə edirsən-et, axırı bəllidir. Lap ölkə miqyasında baxsaq, azarkeş toplumumuz da həmin sıravi futbolçu kimi parlaq gələcəyə inammır. Bunun nəticəsində də “sosial sorğu” anlayışı, yəni azarkeş kütləsinin “tələbatı” yoxdur.

Kimsə də bu istiqamətdə nəsə eləməyə cəhd etsə də, saniyə keçmədən ona ağılsız deyərlər. Hamı “yeni ideya lazımdır” deyir, amma deyən kimi “yeni ideya var”, elə bil onları ildırım vurur, iflic tutur, nəfəsləri kəsilir, susub tez aradan çıxırlar ki, heç kim bunu görməsin. Kimliyindən asılı olmayaraq, bu baş verir, yüz dəfələrlə yoxlanılıb. Səbəb isə budur: qorxurlar ki, yerindən tərpədərlər, sonra belə işi hardan tapar? Tərpədəndə isə elə tərpədirlər ki, sonra futbol dünyasında bir künc də tapmaq, ya plintusun altında gizlənməyə yer olmur. Buna görə hamı başını aşagı salıb, sakitçə bacardığını edir, təki heç kim görməsin. Öskürəndə də ora-bura baxırlar, nəsə alınmayanda da onu-bunu hay-küylə günahlandırırlar, sonsuz sayda bəhanələr uydurub ürəklərini boşaldırlar. Bütün bu hallar sistem səviyyəsində formalaşır və Azərbaycan futboluna irəliləyiş üçün bütün yolları bağlayır. Amma elmi yanaşaraq bu problemi çox asanlıqla aradan götürmək olar, heç külli miqdarda vəsaitə də ehtiyac yoxdur. İnsanın imkanlarını elektrik stansiyası və ya ağır yük maşını ilə müqayisə etmək olar: biz şəhəri işıqlandıra bilərik, lakin yalnız öz mənzilimizə və bağımıza işıq veririk, yük maşını ilə təkcə çörək daşıyırıq. Bu məqalənin də məqsədi futbol cəmiyyətində inam yaratmaq və növbəti məqalələrdə yeni təfəkkürə əsaslanaraq, ağlı işə salmaqla konkret olaraq qələbə yoluna çıxmaqdır. Hər şeyin əsasında məqsəd, elmi yanaşma və sistemli addımlar olmalıdır. Sistemlərin elmi qanunu: sistemin içində olaraq sistemi dəyişmək olmur, bu, yalnız sistemdən kənar olaraq mümkündür. Müstəqil baxış hər şeydən önəmlidir.

Nəticə: futbolu futbol adamı dəyişə bilməz. Məsələn, mən müəllif olaraq futbol sisteminin içində deyiləm deyə, bu sistemin heç bir qruplaşmasının maraqlarını irəli sürmürəm və sürə də bilmərəm. Odur ki, müstəqil futbol eksperti və nəzəriyyəçisi adına layiq olduğumu iddia edə bilərəm.

Həyatın əlifbası. Xüsusi hissə.

Bu məqalənin yazılmasının səbəbi ondan ibarətdir ki, Azərbaycan futbolunu hamı tənqid edir, amma konkret heç nə təklif eləmir. Təklif edənlərin fikiri yalnız pul və ya vəzifə ətrafında fırlanır, yəni onlara bunları versələr, Azərbaycan futbolunda hər şey düzələr. Bundan əlavə, əlbəttə ki, futbol haqqında çox adam danışa bilər, amma onların içində 1–2 cümlə yaza bilən varmı? Başqa yol var, məsələn, siz dünya səviyyəsində futbolçu, məşqçi, klub kimi formalaşmaq istəyirsinizsə, bu istiqamətdə ilk praktiki irəliləyişləri, bu məqaləni axıra qədər oxuyan kimi, hiss edib görəcəksiniz. Yəni, bir sıra oyunlarda siz möcüzə olaraq qalib gələrsiniz. Necə? Hazırda bütün dünyada insanın daxili qüvvələrindən heç kim istifadə eləmir. Futbolçuya, məşqçiyə resurs, mənbə kimi baxırlar, “o olmasın, bu olsun” məsələsi. Bu, boyük məhdudiyyətlər yaradır və əsl istedadı göstərməyə yol vermir. Məramımız: daxili potensialın sirrini açmaq və Azərbaycan futbolunun səviyyəsini artıq vəsait xərcləmədən qaldırmaq.
Nəyə görə indiyə kimi, heç bir futbol komandamız Avropa, ya dünya üzrə çempion olmayıb və köhnə qayda ilə getsək, heç vaxt olmayacaq? Çünki ağlımız yanlışlar və şablonlarla doludur. Məsələn, uşaqlıqdan bizim inkişafımız üçün yalnız iki yol göstəriblər:

1. Fiziki əziyyət çəkmək yolu. Yəni hamıdan 5–10 qat çox işlə, çalış-vuruş, onda qalib olarsan. Burda problem ondan ibarətdir ki, orqanizmin fiziki limiti var və sizdən başqa bütün dünya da bu limitə yaxın işləyir. Bu sahədə fərqlənmək, demək olar, mümkün deyil. Başqa problem, bədənin resursları get-gedə azalır və sizin yerinizi təcrübəsiz cavanlar tutur. Belə bir zarafat var: işləməkdən at da ölür, siz atdan da güclüsüz? Buna baxmayaraq, bu sahə üçün heç kimin istifadə etmədiyi yaxşı fəndlər var.

Nəticə: fiziki hazırlıqsız alınmır, amma yalnız bu yola üstünlük vermək düz deyil.

2. Pul yolu. Bütün dünya bu yolu şeçməklə yaşayır, artıq bu, xəstəliyə çevrilib. Adam fikirləşir ki, ona istədiyi gədər pul versələr, o bütün problemləri həll edər. Problem odur ki, heç vaxt sizə istədiyiniz gədər pul vermirlər və verməyəcəklər. Belə olsa, onda hər hansı küçədən keçəni götürüb, ona milyonluq futbolçuları almaq olardı və hər il o komanda Avropa çempionatlarında “Real”, “Barselona” ilə vuruşardı, arada da bəxti gətirib udardı. Həqiqət ondan ibarətdir ki, problemləri pul vasitəsi ilə həll eləmək, odu benzinlə söndürmək kimidir.

Nəticə: yalnız bu yola üstünlük verən əsla peşəkar deyil. Peşəkar olan materialdan, birinci saniyədən nəticə göstərir.

3. Nəhayət, qeyd edək ki, bu iki yolun çatışmazlıqlarını hamı başa düşərək, bacardığı qədər ağıl qoymağa çalışır. Hamı bilir ki, qalib olmaq üçün yeni ideyalar lazımdır və onları başqalarında axtarıb mənimsəyirlər. Fakt, siz onları həyata keçirənə qədər əsl yaradıcılar daha üstün ideyaları tapacaq və beləliklə, siz strateji cəhətdən həmişə arxada qalacaqsınız.

Nəticə: bu yol da yanlışdır, çünki “çox” ağıllı olmaqla uzağa getməzsiniz, həmişə sizdən də ağıllılar üzə çıxır.
Mən sizin üçün ən qısa, lap bu dəqiqə nəticə verən yol göstərəcəyəm və məsələ budur ki, bu yoldan dünyada heç kim istifadə etmir. Onlar oyanana kimi, siz artiq əlçatmaz olarsınız. Bu yol – yeni bilik deyil, aydındır ki, siz məndən daha varlı və ağıllısınız. Mən sadəcə, sizə yeni təfəkkür, yeni prinsip təklif edəcəyəm. Artiq əziyyət niyə çəkəsiniz? Siz minləri qazanmaq üçün milyonları xərcləyirsiniz, gəlin, elmə əsaslanaraq, minləri xərcləməklə milyonları yox, milyardları qazanaq, sonra da Azərbaycan futbolunu istənilən kimi inkişaf etdirək.
Dediyim kimi, hamı insanın xarici resurslarından istifadə edir, sonsuz sayda insanın daxili imkanlarına heç kim girişmir. Nümunə üçün mən sizə birinci düzgün addımı göstərim və necə deyirlər, “yola düşmək üçün sən birinci addımı at, yol özü səni aparacaq”. Bütün klub üçün hazırlıq proseslərinin, yeni təfəkkür çərçivəsində formalaşması üçün 2–3 il tələb olunur, amma konkret nəticəni siz 15–20 dəqiqəyə də ala bilərsiniz. Bilmək üçün növbəti hissəni oxuyun və düzgün gərar verin.

Mübarizənin əlifbası. Konkret hissə.

Futbolda bütün prosesslərin ilkin hüceyrəsi iki nəfərin toqquşmasına bağlıdır. Kim qalib olacaq, biz bilə bilmərik, çünki burda minlərlə şərt var. Amma prinsipial düşünərək, iki nəfərdən kimin qalib gələcəyini və sonra nə baş verəcəyini konret bilmək olar. Qanun: kimdə qorxu azdır, o dəqiq udacaq, lap zəif olsa da, o udacaq. Qorxu termini burada psixoloji yox, bioenerji tərəfdən nəzərdə tutulur. Kontakt olmamış biz bütün komandanın qorxu (mənfi enerji) səviyyəsini endirsək, qarşı komandada qəribə hadisələr baş verəcək: hər hansı futbolçu, çoxlu sayda səhvlərə yol verəcək, komanda isə tezliklə ruhdan düşəcək. Yalnız bunu dərindən anlamaqla sizin statusunuz bir an içində yüksələr, avtomatik olaraq qələbələr və kontraktların məbləğləri də qat-qat artar. Konkret olaraq, cəmi 15–20 dəqiqəyə ən zəif komandanın qüvvələrini bir yumruğa toplamaq mümkündür və meydanda onun qarşısına çıxan ən güclü komandanın oyunu dağılacaq, sizin qabağınızı heç kim kəsə bilməyəcək. Bu işi aparmaq psixoloqun, psixoterapevtin, gipnoloqun, ekstrasensin və ya başqa mütəxəssislərin səlahiyyətində deyil. Bu istiqamətdə çalışın və hər bir addıma 10 qat xeyir tutarsınız, alınmasa soruşun. Belə gizli imkanlar minlərlədir deyə, hamısını həyata keçirimək üçün vaxt lazımdır.

Əlbəttə, irəliləyiş edən kimi, bütün dünya sizin hərəkətlərinizə linza altında, hüceyrə səviyyəsində baxacaq, hər şeyi hər hansı yolla mənimsəməyə çalışacaq, buna görə hər şeyə hazır olmaq lazımdır. Bir problem üzə çıxacaq – hər hansı oyunda komanda sevinməkdən ağılını itirə bilər, qarşı komanda isə tez ayılıb heyfini çıxar. Gələcəyə açıq olun. Burda başqa problem üzə çıxır – insan təbiətinin “kölgə” tərəfi. Məsələn, siz çox gözəl bilirsiniz ki, lap ən yaxın adama borc pul ver, pis vəziyyətdən onu çıxart, sabah o sizi pis vəziyyətə salacaq və siz heç nəyi sübüt edə bilməyəcəksiniz. Ümumdünya problemi: adətən ən yaxınlarımız bizi adam yerinə qoymurlar.

Futbolda qorxudan sonra ən böyük problem ulduz xəstəliyidir. Məsələn, futbolçu ya məşqçi “çaşıb” Avropa meydanına nə vaxtsa ayaq basıb, sonra açıq şəkildə özünü göylərə qaldırır, ömrünün axırına kimi özünü super mütəxəssis sayır, hamı da “qaqaş peçat vurub e” deyərək alqışlayır. İndiki futbolun səviyyəsi belə primitiv düşüncədən başlayır. Ehtimal nəzəriyyəsinə əsasən bir–iki dəfə Avropada çempion olmaq təsadüfdir, üç dəfə olsan, buna qanun demək olar. Başqa gözə görünməyən misal: bir artıq qol vuran kimi, bir artıq qələbə çalan kimi, başlayırlar qiymət oxumağa, artırmayanda da hər hansı yol ilə kluba, komandaya zərər vurmağa əl atırlar. Ümumilikdə deyirlər “hamı yorğanı öz üstünə çəkir”.

Əslində, ulduz xəstəliyi elə-belə göydən düşmür, o qorxunun əks tərəfidir. Qorxu insanı lazım olan yerdə susdurur, lazımsız yerdə isə... əksinə. Qorxu pis hadisələri özünə çəkir, futbolda üzə çıxmasa da, insanın zəif yerini tapıb üzə çıxır. Misal üçün, bu məqaləyə uyğun olaraq, ulduz xəstəliyi necə baş verəcək, onu da deyim: indiyə kimi burda deyilən fikirləri heç kim bilmirdi, amma oxuyandan sonra hər şey sadələşir deyə, çox adam deyəcək ki, “əşşi, bunu nənəm də bilirdi”. Lap yaxşı, çox gözəl, əla, indi konkret nəticə göstərin. Nə vaxtsa olub, indi yoxdur, deməyə yer artıq qalmadı.

Qeyd: heç bir möcüzə birdən-birə baş vermir, o illərlə çəkilən əziyyətlərin nəticəsidir, burda isə açıqlanan yeni imkanlar “Futbolun yeni fəlsəfəsi”nə söykənir. 2024-cü ilin sentyabr ayının 13-ü, Tokioda beynəlxalq elmi konfransda belə bir adda mənim müəllif tezislərim dərc olunub. Məqalə özü də konkret müşahidələrə, təcrübəyə və nəticələrə söykənir. Məsələn, məni tanıyanlar bilmir ki, ilk təcrübəmi Ukraynada almışam, yəni orda məktəbə düşən kimi məni məktəbin yığmasına götürüblər, sonra şəhər səviyyəsində yarışlara da qatılmışam. Bu, ona görə baş tutub ki, ondan əvvəl də mənim müəyyən şəxsi təcrübəm olub, yığma komandalara elə-belə götürmürlər. Yəni mənim o vaxtdan şəxsi hazırlıq proqramım var və indi də hər hansı futbolçuya, ya da məşqçiyə rast gələndə, yeni təcrübələri yiğıb, bilik və bacarıq bazamı səmərəliləşdirirəm. Bu, artıq vərdişdir: öz üzərimdə hər gün çalışıram, irəlləyişlər eləyirəm, bu yoxlanılmış bacarığımı istəyənlərə verirəm və əməkdaşlıq üçün həmişə hazıram.

Ömər ÖMƏROV


Bu dəfə Yunus Peyğəmbərdən yazacam

Воскресенье, 30 Марта 2025 г. 17:04 + в цитатник
Bu dəfə Yunus Peyğəmbərdən yazacam. Yunus Peyğəmbəri balıq udmasını yəqin ki çoxunuz oxumusuz və ya eşitmisiniz. Belə bir şeyin baş verməsi mümkün deyil. Səbəbləri çox sadədir. Deyək ki bunu balıq uddu, necə olur ki insan orada günlərlə sağ qalsın? Ən azı bunu deyənin həzm prosesindən xəbəri yoxdur.
Balığın insanı udması isə bir başqa möcüzədir)). Keçək görək əziz müsalmanlar bunu necə danışır.
...33 il boyunca hər kəsə doğru yolu göstərməyə çalışan, ancaq buna nail ola bilməyən Həzrəti Yunus Allahın izni olmadan başına peyğəmbər təyin olunduğu qövmdən ayrılır və Dəclə sahilində bir gəmiyə minir. Açıq dənizdə Həzrəti Yunusun çoxdan bəri müjdələdiyi fəlakət baş tutur. Günün günortasında gün batır. Hər yerə qorxunc bir qaranlıq çökür və gəmi səbəbsiz yerə dayanır. Bu zaman gəmi sahibindən qəribə bir təklif gəlir: “İçimizdə bir günahkar var, ona görə də gəmi hərəkət etmir. Püşk ataq, püşkdə kimin adı çıxarsa, həmin adamı dənizə ataq”. Püşkdən Həzrəti Yunusun adı çıxır. Allahın icazəsi olmadan qövmündən ayrılan Yunus, öz günahını qəbul edir və “günahkar mənəm” deyərək özünü dərin dənizin sularına qərq edir. Dənizin dibinə çatdığı zaman bir balıq onu udur və öz qarnında mühafizə edir. Uzun müddət Həzrəti Yunusu qarnında saxlayan balıq, nəhayət bir gün sahilə yaxınlaşaraq qarnındakı adamı çölə buraxaraq uzaqlaşır. O gün bu gündür, Həzrəti Yunusu udan və qoruyan balıq “Yunus balığı” adlanır. Biz isə onlara “delfin” deyirik: maraqlı, maraqlı olduğu qədər ağıllı, ağıllı olduğu qədər də şirin...

Nizami Gəncəvini “Gəncədən olan türk”

Воскресенье, 30 Марта 2025 г. 12:46 + в цитатник

Alman yazıçısı İohan Şerr: Nizami ata tərəfdən türk idi.

Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb.

İran ədəbiyyatşünasları : Nizami Gəncəvi farsca yazıb, amma ondan türk ətri gəlir.

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

Məhəmməd Əmin Rəsulzadə: Yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü? Əsla!!!
Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tarixində müstəsna yer tutan Kaşğarlı Mahmudlar, Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmudlar nə qədər türkdürlərsə, Nizami də onlar qədər türkdür!

Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəmişdir. “Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axistanın hərəkətləri onu çox qəzəbləndirmiş, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq vermişdir. Amma öz etirazını əsərdə belə şərh etmişdir: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam ” Qərb ədəbiyyatı isə onu əsasən fars və iranlı kimi təqdim edir. Burada fars dilində yazmış olduğunu əsas kimi götürürlər. Halbuki, fars dilində yazmaq o dövrün ənənəsi idi.
Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazır:

Turkluyum bu həbəşdə hec getmir.
Dadlı dovğaya xalq meyl etmir.

Burdada Farslığım və ya Kürdlüyüm deyil Türklüyüm deyir. Hələ XV əsrdə Dövlətşah Səmərqəndi «Təzkirətül-şüəra» kitabında Nizaminin türkcə divanı barədə məlumat verib». Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla «Xəmsə»nin üzü dəfələrlə köçürülmüşdü. Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır "Xosrov və Şirin" əsərinin sonunda yazır:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar.

Dosent Zaur Əliyev

Screenshot 2025-03-30 134502 (544x700, 625Kb)

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani

Воскресенье, 30 Марта 2025 г. 12:44 + в цитатник

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər. Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil uşaq olan nəvəsinə böyük qayğı göstərir.
* * * * *
Seyid Əzim ilk təhsilinin Dağıstanda alır. O, burada türk, fars və ərəb dillərini öyrənir. A. Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.
Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayır. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır. 20 yaşında ikən Seyid Əzim "təkmili-ülum" məqsədi ilə İraqa gedir. Bir neçə il Bağdadda qalandan sonra o, Şama köçür. Vətənə qayıdıb bir müddət Şamaxıda yaşadıqdan sonra, Seyid Əzim, ikinci dəfə yenə səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə gedir.
* * * * *
Seyid Əzim 19 yaşında ikən anasının yaxşı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanımla evlənir. 1856-cı ildə Seyid Əzimin oğlu Mir Cəfər anadan olur. Seyid Əzimin Mir Cəfərdən başqa Həcər və Fatma adlı qızları da olub.
* * * * *
19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi. Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar. Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif edib.
* * * * *
Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur olur.
* * * * *
1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur. Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların kəskin müqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.
* * * * * *
Əbdürrəhim bəy Haqverdiyev "Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti" adlı məqaləsində M. Axundovun Seyid Əzimlə əlaqələrindən bəhs edərək göstərir ki, "Mirzə o zamanın görkəmli şairləri - Zakir və Seyid Əzimlə ilə dostluq edir və yazışırdı".
* * * * * *
Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır. Belə ki, böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü deyilir. Yəni, məscid qapısının ağzında şairi öldürmək niyyətində olan yalançı dindarlar süni izdiham yaratmışlar və şair həmin izdihamın içinə daxil olduğu zaman onu qətlə yetirmişlər. Bir variantda isə o, möhvumatçı insanlar tərəfindən qətlə yetirildiyi yazılır. Ancaq birinci ehtimal daha çox yayğındır. Hər iki ehtimalda Seyid Əzimin sui-qəsd nəticəsində, 53 yaşında öldürüldüyü deyilir.
Seyid Əzimin bu günə kimi 100-dən artıq nəvə-nəticəsi olub. Bunlardan biri də filosof, rejissor Teymur Daimidir...

Screenshot 2025-03-30 134303 (602x700, 419Kb)

Tarix xəyanətkarları və satqınları unutmur!

Воскресенье, 30 Марта 2025 г. 12:40 + в цитатник

Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və Sovet hakimiyyətinin qurulmasında mühüm rol oynayan bolşeviklərdən biri də Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949) Mirbəşir Qasımov idi. O, 1920-ci ilin aprelində Sovet hakimiyyətinin qurulmasını dəstəkləyənlərdən idi və bu prosesin təşkilatçılarından biri kimi çıxış edirdi. Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdur. O, 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olmuş, 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri işləmişdir. Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib. 1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur. Qədim Tərtərin adının dəyişdirilməsi və qəhrəmanlar yurduna bu qatı bolşevikin adının verilməsi sovet hakimiyyətinin xalqımıza qarşı törətdiyi yüzlərlə faciədən biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində, ölkənin bolşeviklərin idarəçiliyinə keçməsində Mirbəşir Qasımovla yanaşı Ayna Sultanovanın, Çingiz İldırımın, Qəzənfər Musabəyovun, Həbib Sultanovun və digər kommunistlərin də adı çəkilir. Ən acınacaqlısı da bilirsiniz nədir? Mikayıl Müşfiqin, Əhməd Cavadın, Bəkir Çobanzadə kimi böyük azərbaycanlıların məzarı olmadığı halda, bu cür xalq düşmənləri Bakıdakı l Fəxri Xiyabanda dəfn olunub. Ey həyat...


Tarix xəyanətkarları və satqınları unutmur!

Screenshot 2025-03-30 134124 (543x700, 392Kb)

perfect view

Вторник, 04 Марта 2025 г. 03:46 + в цитатник

Метки:  

Polşanın keçmiş prezidenti və 39 siyasi məhbusdan Trampa Ukrayna ilə bağlı qəzəbli məktub

Вторник, 04 Марта 2025 г. 03:36 + в цитатник
Polşanın keçmiş prezidenti və 39 siyasi məhbusdan Trampa Ukrayna ilə bağlı qəzəbli məktub
"Polşanın keçmiş prezidenti və "Həmrəyliyin" lideri Lex Valensa və digər 39 keçmiş Polşa siyasi məhbusu ABŞ Prezidenti Donald Trampa məktub yazaraq Vladimir Zelenski ilə görüşündəki atmosferdən “həyəcan” bildiriblər.
Məktub müəllifləri qeyd edirlər ki, onlar Trampın Zelenski ilə görüşünün yazısını “dəhşət və ikrah hissi ilə” izləyiblər.
Onlar qeyd edirlər ki, bu söhbət Oval kabinetdəki ab-hava “Təhlükəsizlik Xidmətinin dindirmələrini və kommunist məhkəmələrini xatırlatdı”.
“Kommunist Partiyasının qüdrətli polisinin adından işləyən prokurorlar və hakimlər də bizə dedilər ki, bütün kartlar onlardadır, bizdə isə yoxdur”.
Məktub müəllifləri Trampın və komandasının üzvlərinin Zelenskilərlə eyni davranmasından “şok” olduqlarını bildiriblər.
Məktubu imzalayanların sözlərinə görə, “azad dünyanın dəyərlərini müdafiə edərək qanlarını tökən” ukraynalı əsgərlərə minnətdarlıq bildirilməlidir.
“Məhz onlar 11 ildən artıqdır ki, bu dəyərlər və vətənlərinin müstəqilliyi uğrunda cəbhədə həlak olurlar, Putin Rusiyasının hücumuna məruz qalan bir ölkənin lideri bunu necə görə bilmir”, - deyə Trampa müraciət edən məktub müəllifləri bildiriblər.
Onlar həmçinin Trampa 1994-cü il Budapeşt Memorandumu çərçivəsində ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri xatırladıblar və bu, Sovet dövründən qalma nüvə silahlarının qaytarılması müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti verib.
“Bu zəmanətlər qeyd-şərtsizdir: bu cür yardıma iqtisadi mübadilə kimi yanaşmaq haqqında bir kəlmə də yoxdur”, - məktubu imzalayanlar əlavə ediblər.
Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya ABŞ-ın göstərdiyi maddi yardıma görə minnətdarlıq ifadələrini gözləməyi təhqir hesab etdiklərini də vurğulayıblar".
Xatırlatmaq lazımdır ki,Lex Valensa 80-ci illərdə kommunist Polşasında rejimlə azadlıq mübarizəsi aparan təşkilat idi və onun rəhbəri sonralara demokratik Polşanın ilk prezidenti kimi tarixə düşmüş Lex Valensa olub.

Метки:  

Freeboard

Суббота, 01 Марта 2025 г. 22:10 + в цитатник

Freeboard and Load Line on Ships✅✅

 

1. Freeboard:

Freeboard is the vertical distance measured from the waterline to the deck line (usually the upper edge of the main deck at the side of the ship). It ensures a ship has enough reserve buoyancy to remain safe in different loading and weather conditions.

 

Factors affecting freeboard include:

 • Ship’s size, design, and hull shape

 • Type of cargo (bulk carriers, tankers, etc.)

 • Seasonal and geographical restrictions

 • Structural integrity and watertight arrangements

 

Ships with a higher freeboard have greater reserve buoyancy, making them safer in rough seas.

 

2. Load Line (Plimsoll Line):

The Load Line is a set of marks on a ship’s hull that indicate the maximum permissible draft (submersion) under different water and seasonal conditions. It prevents overloading and ensures stability and safety at sea.

 

The standard Load Line Mark consists of:

 • A circle with a horizontal line through the center (Plimsoll Mark)

 • Various draft lines marked forward of the Plimsoll Mark

 

Different load lines include:

 • TF (Tropical Fresh Water) – Highest load line, for tropical fresh waters

 • F (Fresh Water) – For operation in fresh water

 • T (Tropical Sea Water) – For warmer seas with lower density

 • S (Summer Load Line) – Standard load line for normal sea conditions

 • W (Winter Load Line) – Lower than summer, for rougher winter conditions

 • WNA (Winter North Atlantic) – Lowest load line, for extreme conditions

 

Regulations and Enforcement:

 • The International Load Line Convention (1966) governs freeboard and load lines, ensuring uniform safety standards worldwide.

 • The International Maritime Organization (IMO) enforces these rules through classification societies and flag states.

 

These regulations help prevent accidents like excessive submersion, loss of stability, and structural failure due to overloading.

 

#Maritime #Shipping #Seafarers #MarineSafety #ShipStability #NavalArchitecture

FB_IMG_1740856134484 (494x700, 54Kb)

Метки:  

Nyuton qanunları

Суббота, 01 Марта 2025 г. 09:38 + в цитатник

Nyuton qanunları — klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687-ci ildə İsaak Nyutonun məşhur əsəri "Natural fəlsəfənin riyazi başlanğıcı" çap olunur. Burada Nyuton mexanikanın üç qanununu təsvir edir. Bu qanunlar "Nyuton aksiomu" və ya "Nyuton qanunları" kimi məşhurdur.

 

Nyutonun birinci qanunu

Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalileo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.[1]

Nyutonun birinci qanunu belə ifadə olunur: Elə hesablama sistemləri var ki, cismə digər cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazılaşdırdıqda o, sükunətdədirsə sükunət halını, düzxətli bərabərsürətli hərəkətdədirsə düzxətli bərabərsürətli hərəkət halını saxlayar. Belə hesablama sistemləri ətalət hesablama sistemləri adlanır. Yəni cismin sabit sürətlə hərəkət etməsi üçün onun kənar qüvvəyə ehtiyacı yoxdur. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqli olarsa o, sürətini dəyişər, yəni təcil alar.

Sürət yalnız verilmiş şərtlər daxilində öz qiymətini və istiqamətini sabit saxlayır. Hərəkətin vəziyyətini dəyişmək üçün kənardan qüvvə təsir etməlidir. Çox hallarda bu yerin cazibə qüvvəsidir.

 

Klassik mexanikada bu tarazlıq şərtlərinə uyğun gəlir.

Nyutonun ikinci qanunu

Nyutonun ikinci qanunu – hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakı əlaqəni göstərir.

Bu qanuna əsasən ətalət hesablama sistemində maddi nöqtənin aldığı təcil əvəzləyici qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.

Nyutonun ikinci qanunu belə ifadə olunur:

  • a = Fm

burada, a — cismin təcili, F — cismə təsir edən qüvvə, m — cismin kütləsidir.

Və ya daha məlum formada:

  • F = ma və ya Ft=Δp, p — cismin impulsudur.

Əgər cismə bir neçə qüvvə təsir edirsə, onda Nyutonun ikinci qanunu belə yazılır:

  • i=1nFi=ma

 

Nyutonun üçüncü qanunu

Üçüncü prinsip qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir.

Qüvvələr cüt-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir- birini tarazlaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır.

FAB=FBA

Метки:  

Mamagama - Run With U | Azerbaijan

Суббота, 01 Марта 2025 г. 08:34 + в цитатник

Mamagama - Run With U | Azerbaijan

Вложение: 13516598_mamagama__run_with_u_azerbaijan_videoplayback.mp4


Метки:  

"Ağ Ev"də Donald Tramp ilə Zelenski arasında dünya tarixinə düşəcək gərgin dialoq yaşanıb:

Суббота, 01 Марта 2025 г. 08:28 + в цитатник
 
Zelenski: O (Putin), bu atəşkəsi pozdu, xalqımızı öldürdü və məhbusların dəyişdirilməsinə imkan vermədi. Biz məhbusların mübadiləsi üçün razılıq imzaladıq, amma o bunu yerinə yetirmədi. JD, sən nə cür diplomatiya nümayiş etdirirsən? Nə danışırsan, nə demək istəyirsən?
JD: Mən, ölkənizin dağıdılmasına son qoyacaq diplomatiya növündən danışıram;
Zelenski: Amma sən... (sözü kəsilir)
JD: Amma cənab Prezident, Amerikan mediası qarşısında Oval ofisə qarşı göstərdiyiniz bu hörmətsizliyi qəbul etmək çətindir. Hazırda siz ətrafda gəzib propaqanda ilə çağırışçıları cəbhə xəttinə yönəldirsiniz, çünki kişi qüvvəsi problemləriniz var. Hətta, prezidentə (D. Trump) bu konfiliktə son qoymaq istədiyinə görə təşəkkür etməlisiniz.
Zelenski: Əgər Ukraynada olmamısınızsa, hardan bilirsiniz ki, bizim problemlərimiz var?
JD: Mən videoları izlədim və gördüm ki, siz insanları toplayıb propaqanda aparırsınız. Siz razı deyilsiniz ki, sizin insanları əsgərliyə cəlb etməklə bağlı problemləriniz var?
Zelenski: Problemlərimiz var, bəli. İzah edəcəm indi.
JD: Sizcə, Amerika Birləşmiş Ştatlarının Oval Ofisinə gəlib ölkənizin məhv edilməsinin qarşısını almağa çalışan administrasiyaya hücum etmək hörmətli bir hərəkətdirmi?
Zelenski: Çox sual var, gəlin bir-bir cavablayım: Müharibə zamanı hər kəsin problemləri var – hətta sizin də var; Sizin gözəl okeanınız var (yəni izolyasiyadasınız deyə rahatsınız). İndi bunu hiss etmirsiniz, amma gələcəkdə hiss edəcəksiniz.
Trump: Bunu bilə bilməzsən, bunu bilə bilməzsən! Bizə nə hiss edəcəyimizi diktə etməyə çalışma. Bir problemi həll etməyə çalışırıq və bizə nə hiss edəcəyimizi demə. Sən bizə nəyisə diktə edəcək pozisiyada deyilsən.
Zelenski: Mən bunu sizə demirəm..
Trump: Sən bizim duyğularımızı təyin etmək səlahiyyətinə malik deyilsən; biz özümüzü yaxşı hiss edəcəyik.
Zelenski: Təsirini hiss edəcəksiniz. Müharibənin əvvəlindən mən deyirdim ki...
Trump: Sən indi yaxşı vəziyyətdə deyilsən. İndi sənin əlində “kartın” (şansın) yoxdur.
Zelenski: Biz kart oynamırıq, cənab prezident.
Trump: Kart oynamağı o mənada demədim. Sən milyonlarla insanın həyatı ilə qumar oynayırsan. Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsan. İndi sənin elədiyin isə bu ölkəyə (ABŞ) qarşı böyük hörmətsizlikdir.
JD: Pensilvaniyaya getdiyiniz və oktyabr ayında müxalifət üçün kampaniya apardığınız halda, Amerika və ölkənizi xilas etməyə çalışan prezidentə təşəkkür etmirsiniz?
Zelenski: Siz düşünürsünüz ki, müharibə haqqında yüksək səslə danışanda haqlı olursu... (sözü yarımçıq kəsilir)
Trump: O yüksək səslə danışmadı. Sizin ölkəniz hazırda böyük bir bəla içindədir.
Zelenski: Bilirəm.
Trump: Siz uduzursunuz. Bəlkə bizə görə bir şansınız ola bilər.
Zelenski: Biz müharibənin əvvəlindən öz ölkəmizdə güclü dayanmışıq. Və biz tək qalmışdıq. Və mən təşəkkür etdim onsuz da.
Trump: Tək deyildiniz. Hətta bizim axmaq prezidentimiz sizə 350 milyard dollar pul və hərbi ləvazimatlar verdi. Əgər bizim hərbi ləvazimatlarımız olmasaydı bu müharibə 2 həftədə bitərdi.
Zelenski: 3 gündə hətta. Bunu Putindən də eşitmişəm.
Trump: Bəlkə daha az. Sənə deyim, bu formada biznes etmək çətin şeydir, biləsən.
JD: Siz təşəkkür etmədiniz.
Zelenski: Mən təşəkkür etdim. Amerika xalqına təşəkkür etdim.
JD: Təşəkkürdən əlavə, əgər səhvsinizsə, Amerika mediası qarşısında səhvinizi qəbul etməlisiniz. Çünki səhvsiniz. Biz bilirik ki, siz səhvsiniz.
Trump: Məncə Amerika xalqının nə baş verdiyini görməsi gözəl bir şeydir. Düşünürəm ki, bu vacibdir. Elə buna görə bu hissəni bu qədər uzun tutmuşuq. Sən təşəkkür etməlisən. Sənin əlində heç bir kartın yoxdur. Xalqın ölür. Əsgərlərin azalır. Bizə təşəkkür etməlisən, nəinki gəlib burda deyirsən ki (ağzını yamsılayır) "Sülh, istəmirəm, Sülh istəmirəm". Amma sülh olsun desən bu dəqiqə güllələr dayanar və insanların ölməz.
Zelenski: Əlbəttə istəyirəm müharibə dayansın, amma mən sizdən qarantiya istədim.
Trump: Sən bu dəqiqə sülh istəsən, bilirsən ki, sülh anlaşması bütün razılaşmalardan daha tez baş verəcək.
Zelenski: Xalqımızdan sülh barədə soruşaq. Nə düşünərlər?
Trump: Bu söhbətlər mənlə danışılmayıb. Bu söhbətlər Bayden adında axmaq biri ilə danışılıb.
Zelenski: Amma nəticədə o sizin prezidentiniz idi.
Trump: Gedib Obama ilə danışmısınız, Obama da sizə yorğan-döşək verdi (prezidentliyi dönəmindəki 600 milyon dollarlıq humanitar yardımı nəzərdə tutur), amma mən sizə tanklardan qurtulun deyə Javelin (FGM-148 anti-tank sistemləri) verdim. Məncə daha çox təşəkkür etməlisiniz. Çünki sizin bizsiz heç bir kartınız yoxdur. Bizimlə isə bir kartınız olmuş olur.
Jurnalistdən sual: (səs eşidilmir)
Trump: ... ... Çünki əvvəlcə o (Zelenski) bizə qarşı rəftarını dəyişdirməlidir.
Jurnalist: Rusiya bəs atəşkəsi pozsa, necə olacaq?
Trump: Rusiya atəşkəsi Bayden vaxtında pozurdu. Çünki onlar (ruslar) Baydenə hörmət etmirdilər. Obamaya hörmət etmirdilər. Amma mənə hörmət edirlər.
(Bu hissədə Bayden hökumətini pisləyir. Amerikanın daxili siyasətindən danışır. Bayden hökumətinin, Klintonun səriştəsizliyindən danışır və müharibənin buna görə başladığını bildirir).
Bayden də razılıq əldə etdi – bəlkə də etmədi; nə baş verdiyini bilmirəm, amma o (Putin), mənimlə razılaşmaq istəyir. Bilmirəm, razılaşa biləcəkmi? Problem ondadır ki, mən sənə (Zelenskiyə) sərt oğlan olmaq səlahiyyəti vermişəm və düşünürəm ki, sən Amerika olmadan belə sərt adam ola bilməzsən. Xalqın çox cəsarətlidir, amma sən: ya razılaşacaqsan, ya da döyüşəcəksən. Razılaşma olmasa müharibə davam edəcək. Bu da heç xoş olmayacaq. Amma biz müqaviləni imzaladıqdan sonra sən daha yaxşı vəziyyətdə olacaqsan. Amma heç minnətdarlıq göstərmirsən – bu, yaxşı bir şey deyil. Düzünü desəm, bu heç yaxşı bir şey deyil.
481828038_1222028465946037_8351883947886623710_n (700x393, 38Kb)


Поиск сообщений в zauri3ra
Страницы: [2] 1 Календарь